Avropa keçən həftədə koronavirusa (COVID-19) yeni yoluxma hadisələrinin və xəstəlikdən ölənlərin sayının artmağa davam etdiyi dünyanın yeganə qitəsi olmaqda davam edir.
AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Məlumata əsasən, oktyabrın 18-dən 24-dək olan həftə ərzində dünyada COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı 4 faiz artıb. Bundan əlavə, koronavirusa yeni yoluxma hadisələrinin yarıdan çoxu (57%) Avropa regionunda qeydə alınıb. Dünyanın bu qitəsi keçən həftə ilə müqayisədə yoluxmanın artdığı yeganə bölgə idi.
Digər bölgələrdə həftəlik COVID-19-a yoluxma hallarında azalma qeydə alınıb.
Dünyada ümumilikdə xəstəlikdən ölənlərin sayı keçən həftə ilə müqayisədə 5% artıb. Avropa regionunda (14%) və Cənub-Şərqi Asiyada (13%) artım qeydə alınıb.