Avropa Yenidənqurma və İnkişaf Bankının Qarabağın bərpasında iştirakı müzakirə edilib (FOTO)

Avropa Yenidənqurma və İnkişaf Bankının Qarabağın bərpasında iştirakı müzakirə edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

Nazir bildirib ki, bankın Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen və həmkarları ilə görüşüb:

“Görüşümüzdə özəl sektorun inkişafı, Gəncə Yaşıl Şəhər Proqramı çərçivəsində icra olunacaq layihələr və bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq”.

Teqlər: