Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı keçiriləcək

Sabah Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 30-cu illik toplantısı başlayır.

AzerTimes-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

Nazirin sözlərinə görə, tədbirdə COVID-19 pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək:

“Ölkəmiz AYİB ilə uğurlu əməkdaşlıq edir.

Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 mlrd avrodan çox investisiya yatırılıb.

“Toplantı ərəfəsində AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında Bankın iştirakı barədə fikir mübadiləsi apardıq”.

Teqlər: