Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit verib

Xəbər - Xaqan İsayev – Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın “GemZA Qrup” mühəndislik və istehsal şirkətinə yeni istehsal müəssisəsi və dövriyyə vəsaiti ehtiyaclarını maliyyələşdirmək üçün 8 milyon avro məbləğində kredit təqdim edib.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

“Bu maliyyələşdirmə AYİB-in Qafqazda biznesin inkişafına dəstək məqsədilə gördüyü işlərin bir hissəsidir. Kredit şirkətin daha mürəkkəb təmir işlərini həyata keçirmək, daha geniş çeşiddə ehtiyat hissələri istehsal etmək, habelə xərcləri və təhvil vaxtını optimallaşdırmaq üçün yeni istehsal müəssisəsini istifadəyə verməyə imkan yaradacaq. Kredit Qrupun bir sıra dövriyyə vəsaiti ehtiyaclarını da maliyyələşdirəcək”, – deyə bankın məlumatında deyilir.

Qeyd edək ki, “GemZA Qrup” 2005-ci ildən fəaliyyət göstərir və Azərbaycan, Şərqi Avropa, Mərkəzi Asiya, Türkiyə və BƏƏ-dəki müştərilərinə xidmət göstərir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: