Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının
(CCBE) PECO Komitəsində Azərbaycan Vəkillər Kollegiyasını təmsil
edəcək nümayəndənin adı müəyyənləşib.
AzerTimes-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının
Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Qərara əsasən, komitəyə Azərbaycanı təmsil edəcək nümayəndə kimi
Rəyasət Heyətinin üzvü Elçin Usub seçilib.
Bu il iyun ayında Bolqarıstanda PECO-nun iclasında Elçin Usub
nümayəndə kimi təqdim olunacaq və bu, Azərbaycanın ilk iştirakı
olacaq.