Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir – BMT rəsmisi

Xəbər - Çingiz Səfərli -Trend:

Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir. Buna kölgə pandemiyası adı verilir.

AzerTimes-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı nümayəndəliyində Rezident nümayəndənin səlahiyyətlərini icra edən Çaru Bist Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin yardım tərəflərinin 1-ci Milli Konfransında deyib.

Onun sözlərinə görə, COVİD-19-la bağlı vəziyyət bütün sığınacaqların tutumundan artıq istifadəsinə gətirib çıxarıb. Pandemiyaya qarşı mübarizə aparmalıyıq.

“Biz Azərbaycanda birgə proqram icra edərək qadın hüquqlarının qorunmasına çalışmışıq. Azərbqycanın 9 regionunda qadınlar üçün təhlükəsiz məkanlar yaratmışıq. 3000-dən çox qadın bu mərkəzlərinin üzvü olub. 400-dən çox qadına öz iş yerlərini açmağa imkan yaradılıb. Müxtəlif iş imkanlarının yaradılması istiqamətində təlimlər keçirilib”, – deyə o bildirib.


Çaru Bist bildirib ki, Azərbaycandan olan tərəfdaşlarla bağlı bir sıra tədbirlər həyata keçirilib.

“Cəlilabadda qadınları peşə təlimlərinə cəlb edərək, onların iştirakını 26 faiz artırmışıq. Bu sahədə fədakarlıqla işləyən komandalar var.Zorakılıq qurbanlarının həyatı çox vaxt onlara yardım edən insanların bacarıqlarından asılı olur. Mən bu sahədə fəaliyyət göstərənlərə təşəkkür edirəm”, deyə BMT rəsmisi əlavə edib.

Teqlər: