Fransa, Almaniya, Böyük Britaniyanın xarici işlər nazirləri və ABŞ dövlət katibi İranın nüvə proqramını və digər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə özünün “Twitter” səhifəsində Fransanın XİN rəhbəri Jan-İv Le Drian yazıb.
Nazir bildirib: “Entoni Blinken, Hayko Maas və Dominik Raab ilə İran sənədi barədə ətraflı və vacib müzakirəmiz oldu. Nüvə təhlükəsizliyi və regional təhlükəsizlik probleminin birgə həll yolunu və digər vacib məsələləri müzakirə etdik”.