“Şimal axını” və “Türk axını” Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
“Türkiyə qaz kəməri heç bir problem olmadan düzgün və ritmik işləyir. Mən təkcə Türkiyəyə deyil, həm də Avropadakı istehlakçılara çatdırılmanı nəzərdə tuturam. Ona görə də avropalı tərəfdaşlar qazımızın Avropaya fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdırlar”, – Putin bildirib.