Qazaxıstan yanvar-may aylarında Aİ ölkələrinə 1,5 milyon ton kömür tədarük edib.
AzerTimes xəbər verir ki, bu barədə “Avrostat” məlumat yayıb.
Məlumata görə, yanvar və fevral aylarında tədarükün həcmi təxminən 140-200 min ton idisə, Rusiyanın Ukraynaya hücumundan sonra Qazaxıstan hər ay Avropa ölkələrinə 300-400 min ton kömür göndərib.
Analitiklərin fikrincə, Qazaxıstan AB-yə kömür tədarükünü daha da artıra bilər, çünki onun kömürü Avropanın elektrik stansiyaları üçün yararlıdır.