Avropa Şurasının prezidenti saxlanılan 15 erməninin Azərbaycan tərəfindən azad edilməsi qərarını yüksək qiymətləndirib

Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycanın saxlanılan 15 erməninin azad edilmiş Ağdam rayonunun mina xəritələri əvəzində Ermənistana geri qaytarılmasını yüksək qiymətləndirib.

“Azərbaycan və Ermənistanın paralel humanitar jestlərini – saxlanılanların geri qaytarılmasını və minalanmış ərazilərin xəritələrini verilməsini alqışlayıram”, – məlumatda deyilir.

Ş.Mişel qeyd edib ki, bu, inamı yeniləmək üçün ilk addımdır.

“Aİ bu prosesi dəstəkləyir və irəliləməni artırmaq üçün yardım təklif etməyə davam edəcək”, – Avropa Şurasının prezidenti əlavə edib.

Teqlər: