Yeni fəaliyyət planı sadəcə əvvəlki istiqamətlərin davamı
deyil.
AzerTimes-ın məlumatına görə bunu, Avropa Şurasının baş katibi
Mariya Peyçinoviç Buriç Avropa Şurasının Azərbaycan üçün
2022-2025-ci illər üzrə Fəaliyyət Planının təqdimat mərasimi zamanı
deyib.
O qeyd edib ki, bu sayca 3-cü fəaliyyət proqramıdır.
“Qanunun aliliyi sayəsində çox böyük irəliləyiş əldə olunub. Bu
çox vacib bir nüansdır. Bu istiqamətlərdə müsbət addımlar atılıb,
lakin yenə də çağırışlar davam etməlidir. Yeni fəaliyyət planı
sadəcə əvvəlki istiqamətlərin davamı deyil. Buraya süni intellekt,
iqlim dəyişikliyi ilə bağlı istiqamətlər daxil edilib”, – deyə o
əlavə edib.