Avropa Şurasının Azərbaycan üçün yeni Fəaliyyət Planı təqdim olunub

Xəbər - Trend:

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün
Bakıda qurumun Azarbaycan üçün 2022-2025-ci illər üzrə yeni
Fəaliyyət Planını taqdim edir.

AzerTimes-ın məlumatına görə, açılış sessiyasında ədliyyə naziri
Fikrət Məmmədov, Xarici İşlər Nazirliyinin və Fəaliyyat Planını
təqdim edəcək Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli
nümayəndələri, benefisiar təşkilatlar və beynalxalq birliyin
üzvləri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə
Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul
edilib. Plan insan hüquqları, qanunun aliliyi və demokratiya
sahələrində Azarbaycan qanunvericiliyini, institutlarını və
təcrübəsini Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq
məqsədi daşıyan strateji proqramlaşdırma alətidir. Fəaliyyat Planı
ölkənin Avropa Şurasına üzv dövlat kimi öz öhdəliklərinə əməl etmək
səylərini dəstəkləmək məqsədi daşıyır. Həmçinin qanunvericiliyin
Avropa və beynalxalq standartlara uyğunlaşdırılmasına,
institusional potensialin artırılmasına, qabaqcıl təcrübələrin
tətbiqinə və Azərbaycan vətəndaşlarının hayat səviyyəsinin
yüksəldilməsinə xidmət edir.

Fəaliyyat Planı Avropa Şurasının qanuni orqanlarının va
monitorinq orqanlarının əvvəlki qərar və tövsiyələrini, habelə
milli islahat gündəliyini nəzərə alır. Fəaliyyət Planının ümumi
büdcəsi 9,6 milyon avro təşkil edir.

Teqlər: