Avropa Şurası Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyib

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynaya silahlı
hücumunu qəti şəkildə pisləyib.

Trend xəbər verir ki, bu barədə Avropa Şurasına üzv olan 47
ölkənin nümayəndələrinin iştirak etdiyi fövqəladə iclasın yekununda
bu gün qəbul edilən qərarda deyilir.

Sənədə əsasən, Komitə Rusiya tərəfindən qanunla müəyyən edilmiş
öhdəliklərinin ciddi şəkildə pozulmasına cavab olaraq görüləcək
tədbirləri Parlament Assambleyası və Baş Katiblə sıx əlaqədə
araşdırmaq qərarına gəlib.

Bundan əlavə Rusiya Federasiyasına Ukraynadakı hərbi
əməliyyatlarını dərhal və qeyd-şərtsiz dayandırmağa çağırış
olunub.

Teqlər: