Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi
əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə
əməkdaşlığı dayandırıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın
mətbuat xidməti məlumat yayıb.
“Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak
hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən
Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da
aiddir”, – məlumatda deyilir.
Eyni zamanda, Avropa Şurası Nazirlər Komitəsi Minsklə istənilən
texniki əməkdaşlığı dayandırmaq niyyətindədir.