Avropa Şurası Azərbaycanda bələdiyyə sahəsindəki irəliləyişləri alqışlayıb

Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin monitorinq hesabatında Azərbaycanda qeydə alınan müəyyən irəliləyişləri alqışlayıb.

Trend bu barədə Avropa Şurasına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat 2021-ci ilin fevralında baş tutmuş səfərin yekunlarına əsasən hazırlanıb.

Monitorinq sənədində Azərbaycan bələdiyyələrinin digər dövlətlərdəki bələdiyyələrlə əməkdaşlıq hüququnu təmin edən Xartiyanın ratifikasiyası vurğulanır.

Bundan başqa, bələdiyyə qurumlarının işinin şəffaflığı və keyfiyyətinin yüksəldilməsi alqışlanır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: