Avropa Birliyi sammiti Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunun 2 milyard avro genişləndirilməsini təsdiqləyib.
AzerTimes xəbər verir ki, Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
“AB liderləri üzv ölkələrin Avropa Sülh Fondunun genişləndirilməsi ilə bağlı razılaşmasını alqışlayıblar. 2023-cü ildə 2 milyard avro əlavə olunacaq”, – deyə bildirilib.