Avropa Birliyi (AB) Türkiyənin tələblərini yerinə yetirməlidir.
AzerTimes xəbər verir ki, bu barədə Brüsseldə yerləşən Avropa Siyasi Mərkəzinin (EPC) dərc etdiyi məqalədə bildirilib.
Məqalədə Rəcəb Ərdoğanın liderliyi ilə Türkiyənin yeni bir dövrə qədəm qoyduğu və Ankaranın regionda gücünü daha da artıracağı, beynəlxalq məsələlərdə kilid rol oynamağı davam edəcəyi bildirilib:
“Ankara geosiyasi balanslaşdırma siyasəti aparır. Türkiyə Rusiyanın işğalını qınamaq və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə NATO-dakı müttəfiqlərlə çiyin-çiyinə dayandı, oraya silah göndərdi. Digər tərəfdən Rusiya ilə ticarətini davam etdirir və İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmadı”.
Yazıda 78 ölkədən liderlərin Ərdoğanın andiçmə mərasiminə qatılmasının Türkiyənin qlobal təsirinin artmasının təzahürü olduğu deyilib:
“AB bu əlaqələri yaxşılaşdırmaq və inkişaf etdirmək üçün Türkiyə ilə bağlı real strategiya qəbul etmək üçün siyasi iradə nümayiş etdirməlidir. Əlaqələri inkişaf etdirmənin ən təsirli yolu Gömrük Birliyinin modernizasiyasıdır”.