Avropa Rusiyanın enerji şantajına hazırdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, diplomat Metyu Brayza deyib.
“AB əmindir ki, onlar bu qış Rusiya qazının tədarükünün tamamilə dayandırılması təhlükələri fonunda mümkün diskomfortlara dözə biləcəklər”, – Brayza söyləyib.
“Qış avropalılar üçün kifayət qədər narahat olacaq, lakin evlər deyil, bəzi iri müəssisələr üçün narahatçılıq olacaq. Bu, Avropa üçün soyuq vaxtlar olacaq. Almaniyada keçirilən ictimai rəy sorğularına görə, almanlar evlərində temperaturun aşağı düşməsinə, iqtisadi artımın bir qədər yavaşlamasına hazırdırlar”, diplomat bildirib.
Diplomatın fikrincə, əgər hava çox soyuq keçərsə və diskomfort Rusiyaya müqavimət göstərmək hazırlığını üstələyərsə, qışın şaxtasında avropalıların fikrini dəyişmək əsl problem olacaq.