Avropa Rusiyanın enerji resurslarından asılılığına son qoymalıdır – Bayden

ABŞ prezidenti Co Bayden hesab edir ki, Avropa Rusiya
enerjisindən asılılığına son qoymalıdır.

AzerTimes-ın
məlumatına görə, Polşaya səfəri çərçivəsində Varşavada Ukrayna
ətrafındakı vəziyyətlə bağlı çıxış edən Amerika lideri “Avropanın
qalan hissəsinə siqnal” göndərmək istədiyini bildirib.

“Azadlıq uğrunda bu yeni döyüş artıq bəzi şeyləri aydın şəkildə
göstərdi. Birincisi: Avropa Rusiyanın qalıq yanacaqlarından
asılılığına son qoymalıdır”, – deyə J.Bayden qeyd edib. “Biz, ABŞ
olaraq, kömək edəcəyik”, – deyə Amerika administrasiyasının rəhbəri
söz verib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bütün ölkələr
təmiz, bərpa olunan enerji mənbələrinin geniş miqyaslı istifadəsinə
mümkün qədər tez keçməli olacaqlar:

“Və bunu həyata keçirmək üçün birlikdə çalışacağıq”.