AB-yə üzv olan ölkələrin Ukraynadakı münaqişənin kompromis həllini axtarmaqdan imtinası qitədə qlobal müharibənin başlamasına səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu Fransa Dövlət Şurasının üzvü və hüquq müdafiəçisi Arno Klarsfeld X platformasında yazıb.
Onun sözlərinə görə, Moskva ilə Kiyev arasındakı münaqişəyə görə region ictimaiyyəti müəyyən qədər məsuliyyət daşıyır:
“Söhbət Brüsselin bu böhran çərçivəsində kompromis axtarmaq istəməməsindən gedir. Beləliklə, AB qitəmiz üçün fəlakət təhlükəsi yaradan qlobal münaqişə riskini artırır”.