Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa ölkələrində yeraltı qaz anbarlarında yay aylarında
toplanmış qaz ehtiyatının 90,8 faizi istifadə olunub.
Trend-in
məlumatına görə, bu barədə “Gas Infrastructure Europe” təşkilatı
bildirib.
Qeyd olunur ki, fevralın 12-ə olan vəziyyətə görə, yeraltı qaz
anbarlarında aktiv qaz ehtiyatlarının həcmi ötən ilin eyni dövrü
ilə müqayisədə 22,9 faiz və 9,9 milyard kubmetr azdır.
Eyni zamanda “Gas Infrastructure Europe”un hesabatına əsasən
Avropanın yeraltı qaz anbarlarında doluluq səviyyəsi 34 faizdən
aşağı düşüb.
Ötən ayın sonunda doluluq səviyyəsi 40 faizə yaxın idi.