AB liderlərinin dekabr sammitindən sonra Rusiya Prezidenti Vladimir Putini xoş sürpriz gözləyə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Danimarkanın DR nəşri məlumat yayıb.
“Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq qərarı dekabrda keçiriləcək sammitdən mart ayına planlaşdırılan növbəti görüşə qədər təxirə salına bilər. Artıq planlaşdırılıb ki, yazda Avropa Komissiyası Kiyevin üzvlük yolunda irəliləyişinə dair daha bir hesabat hazırlasın. Ona görə də AB liderlərinin onu gözləməsi təbii olacaq. Nəticədə dekabr sammiti AB-nin Ukraynaya dəstək üzrə klassik kompromislə başa çata bilər. Və Putin Brüsseldən bundan daha yaxşı Milad hədiyyəsi gözləyə bilməz”, – nəşr bildirib.