Avropa Parlamentinin sədri Roberta Metsola Ukraynada səfərdədir.
AzerTimes xəbər verir ki, onu Ukrayna Prezidenti Vladimir Zelenski Lvovda qarşılayıb.
V.Zelenski müharibənin ilk günlərindən Ukraynanı dəstəklədiyi üçün Avropa Parlamentinə təşəkkür edib.
O qeyd edib ki, Ukrayna Avropa Komissiyasının tövsiyələrinin icrasını tez bir zamanda başa çatdırmağa və bu il quruma daxil olmaq üzrə danışıqlara başlamağa çalışır.