Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi… – Prezident

Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi… – Prezident

2017-ci il idi. Çox vaxt keçib. Uzun müddət idi ki, Avropa Parlamentindən nümayəndə heyəti gəlmirdi. Yadımdadır, sonuncu nümayəndə heyəti 2018-ci ildə gəlmişdir. Səmimi desək, mən Azərbaycana səfərinizi planlaşdırdığınızı eşidəndə hətta bir az təəccübləndim. Ola bilsin, səbəb sizə məlumdur.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

“Əməkdaşlığın inkişafı ilə bağlı geniş şəkildə müzakirə etdiyimiz görüş yadımdadır. Lakin, əfsuslar olsun ki, bu, baş tutmadı. Səbəb bizimlə yox, Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi ilə bağlı idi. Biz həmin mövqeni tamamilə əsassız hesab edirik. Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi antiazərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən il yarım sonrakı vaxta təsadüf edir”, – dövlət başçısı bildirib.

Teqlər: