Avropa Parlamentindən Ukrayna ilə bağlı mühüm çağırış

Avropa Parlamentindən Ukrayna ilə bağlı mühüm çağırış

Avropa Parlamenti NATO ölkələrini Ukrayna qarşısında öhdəliklərini yerinə yetirməyə və Kiyevin Alyansa qoşulmağa dəvətinə yol açmağa çağırır.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnamədə bildirilib.

Qətnamənin qəbuluna 425 deputat səs verib.

Qətnamədə Avropa Parlamentinin üzvləri müharibə bitdikdən sonra üzvlük prosesinin başlayacağı və ən qısa zamanda tamamlanacağı gözləntilərini ifadə ediblər.

Bildirilib ki, Ukrayna tamhüquqlu üzvlüyə nail olana qədər Avropa Birliyi və NATO müttəfiqləri müharibədən dərhal sonra həyata keçiriləcək təhlükəsizlik təminatları üçün müvəqqəti çərçivə hazırlamaq üçün Ukrayna ilə sıx əməkdaşlıq etməlidirlər.

Teqlər: