Avropa Parlamenti Almaniya kansleri Olaf Şoltsdan Ukraynaya dərhal “Leopard 2” tanklarını, yeni nəsil hava hücumundan müdafiə sistemlərini və digər müasir silahları təhvil verməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatlarının hesabatında bildirilib.
Hesabatda Avropa Parlamentinin üzvləri vurğulayırlar ki, Ukrayna öz ərazi bütövlüyünü müdafiə edir və müharibədə qalib gəlmək üçün təcili hərbi yardıma, xüsusən də ağır silahlara ehtiyac duyur.