Avropa Parlamentindən Saakaşvili ilə bağlı qətnamə

Avropa Parlamentindən Saakaşvili ilə bağlı qətnamə

Avropa Parlamentinin qəbul etdiyi qətnamədə parlamentarlar Gürcüstan hökumətini Mixail Saakaşvilini azad etməyə, Nika Qvaramiyanın işinə isə yenidən baxılmasına çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə qəbul olunan bugünkü qətnamədə qeyd olunub.

Sözügedən qətnamənin 12-ci bəndində deyilir:

“Gürcüstan hakimiyyətini keçmiş prezident Mixail Saakaşvilini xaricdə lazımi müalicə ala bilməsi üçün humanitar əsaslarla həbsdən azad etməyə çağırırıq”.

Sənəddə həmçinin, Mtavari Arxi kanalının baş direktoru Nika Qvaramiyaya qarşı hökm oxunması pislənilib:

“Biz 2022-ci il mayın 16-da əsas müxalifətyönlü telekanalın baş direktoru Nika Qvaramiyaya hökm oxunmasını pisləyirik, bu da Gürcüstan məhkəmə sisteminə davamlı inamsızlığı vurğulayır; Sərhədsiz Reportyorlar təşkilatının Nika Qvaramiyanın hökmünə yenidən baxılması çağırışına qoşulur; Məhkəmə sisteminin müstəqilliyini və qərəzsizliyini artırmaq üçün geniş və əhatəli çoxpartiyalı proses vasitəsilə hökumətin həqiqi məhkəmə islahatlarını həyata keçirməsinin təcili ehtiyacını bir daha vurğulayırıq”.

Teqlər: