Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)

Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın inkişafı müzakirə
olunub.

Trend-in
məlumatına görə, bu barədə Avropa Parlamentinin deputatı Rışard
Çarnetski öz “Twitter” səhifəsində yazıb.

“Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin
həmsədri, deputat Tural Gəncəliyev və deputat Sevil Mikayılova ilə
tanışlıqdan məmnunam. Müsbət müzakirələr baş tutdu.
Əməkdaşlığımızın davamını və Azərbaycanla Aİ arasında dialoqun
genişlənməsini səbirsizliklə gözləyirəm”, – R.Çarnetski yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: