Avropa təhlükəsizliyinin şərti Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməməsidir.
AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Bizim Avropa ölümcüldür, hər şey bizim seçimimizdən asılıdır. Yaxın 10 ildə zəifləyəcəyimiz yönündə böyük risk var. Avropanın hər yerində onun dəyərləri təhdid altındadır və qitə ölkələri dünyanın ümumi silahlanmasına reaksiya verməkdə çox ləngiyir”,- Makron bildirib.
Makronun sözlərinə görə, Avropanın böyüməsi və suverenliyinin möhkəmləndirilməsi üçün yeni strategiyaya ehtiyacı var.