Avropa ölkələrinə təklif: qazdan az istifadə edin!

Avropa ölkələrinə təklif: qazdan az istifadə edin!

Avropa Komissiyası (AK) enerji böhranı ilə mübarizə üçün yeni tədbirlər paketinin bir hissəsi olaraq Avropa İttifaqı (Aİ) ölkələrinə 2023-cü ilin martına qədər aylıq qaz istehlakını 15% azaltmağı təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə AK-nin mətbuat xidmətinin bəyanatında deyilir.

“Avropa Komissiyası tələbin azaldılması tədbirlərini yaxından izləyir. Üzv dövlətlərin hesabatlarına əsaslanan ilkin təhlillər göstərir ki, avqust və sentyabr aylarında Aİ-nin qaz istehlakı əvvəlki beş ilin orta göstəricisindən təxminən 15 % aşağı olacaq. Aİ Şurasının nizamnaməsinə riayət etmək üçün gələn ilin mart ayına qədər hər ay oxşar səylər tələb olunacaq”, – bəyanatda qeyd olunur.

Teqlər: