Avropa ölkələri 2024-cü ilin fevralına qədər koronavirus dərmanlarının istifadə müddəti bitdiyinə görə 2,2 milyard dollar itirə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” “Airfinity” analitik qrupunun məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr Amerikanın “Pfizer” şirkətinin vaxtı keçmiş “Paxlovid” peyvəndlərinə görə artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyona çatacaq.