Avropa nəhəngi “Fənərbaxça”nın istədiyi futbolçuya elçi düşdü

“Əl Hilal”ın futbolçusu Darvin Nunez karyerasını İngiltərədə davam etdirə bilər.

AzerTimes xəbər verir ki, futbolçunun “Nyukasl Yunayted”lə danışıqlar apardığı irəli sürülür. İngiltərə mətbuatında dərc edilən xəbərlərə görə, “Çelsi” də Darvin Nunezi transfer etmək üçün hərəkətə keçib.

Qeyd edək ki, Darvin Nunez ötən mövsüm 53 milyon avroya “Liverpul”dan “Əl Hilal”a transfer olub. Darvin Nunez Kərim Benzemanın transferindən sonra ehtiyat oyunçular skamyasına göndərilib. Futbolçunun adı “Fənərbaxça” ilə də hallanmışdı.