Avropa narahatdır, bizim dərdimiz isə budur!

Avropa narahatdır, bizim dərdimiz isə budur!

Hazırda Avropada “görəsən qış necə keçəcək” deyə, hər kəs narahat vəziyyətdədir.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsi fonunda yaşanan enerji böhranı ilə bağlı açıqlamasında deyib.

“Hazırda Rusiya-Ukrayna arasında vasitəçilik edən hansı ölkədir? Türkiyə bütün olaylar qarşısında tükəndimi? Tam əksinə… Hazırda Avropada hər kəs “qış necə keçəcək” deyə, narahatlıq içindədir. Biz bütün hazırlığımızı etdik. Millətimizə təbii qaz, kömür hazırlamış vəziyyətdəyik. Dərdimiz daha münasibət qiymətlərlə vətəndaşlarımıza qazı necə çatdıracağımızla bağlıdır. Buna çalışırıq”, – deyə prezident bildirib.

Teqlər: