Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini 0 faiz səviyyəsində saxlayıb.
Trend-in məlumatına görə, bu barədə qərar Bankın İdarə heyətinin iclasında qəbul edilib.
Eyni zamanda, Avropa Mərkəzi Bankı depozitlər üzrə uçot dərəcəsini mənfi 0,5 faiz, qısamüddətli kreditləri üzrə uçot dərəcəsini 0,25 faiz səviyyəsində saxlayıb.
Bankın İdarə heyətinin növbəti iclası dekabrın 16-da keçiriləcək.