“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
AzerTimes xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III raundda Finlandiya təmsilçisi HİK-ə qalib gələrsə, növbəti mərhələdə “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.