UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.
AzerTimes-ın məlumatına görə, 10 oyunun hamısı eyni gündə baş tutub.
Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçdə “Malmö”yə 1:3 hesabı ilə uduzub. “Fənərbağça” isə Avstriyada “Austriya” (Vyana) komandasına qalib gəlib – 2:0.
“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu məğlub edib.