UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start verilib.
AzerTimes xəbər verir ki, turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.
Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə gerçəkləşib. “Fənərbağça” evdə Çexiyanın “Slovaçko” komandasını darmadağın edib – 3:0.
Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi “Qarabağ”ın Avropa Liqasının pley-offundakı potensial rəqibləri olan İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” klubları Dublində üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Köhlən atlar” ÇL-də Macarıstan “Ferentsvaroş”unu keçə bilməsə, bu cütün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Bakıdakı ilk matçda Budapeşt klubu ilə heç-heçəyə razılaşıb – 1:1.
AEK (Larnaka, Kipr) – “Partizan” (Serbiya) – 2:1
“Malmö” (İsveç) – “Düdelanj” (Lüksemburq) – 3:0
“Fənərbağça” (Türkiyə) – “Slovaçko” (Çexiya) – 3:0
“Maribor” (Sloveniya) – HİK (Helsinki, Finlandiya) – 0:2
“Linfild” (Şimali İrlandiya) – “Sürix” (İsveçrə) – 0:2
“Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) – 3:1
“Olimpiakos” (Yunanıstan) – “Slovan” (Bratislava, Slovakiya) – 1:1
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.