Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Yunayted” komandasının futbolçuları 1:0 hesabı ilə İtaliyanın “Milan” klubunu məğlub ediblər.
AzerTimes-ın məlumatına görə, görüş Milandakı “San Siro” stadionunda boş tribunalarla baş tutub.
Yeganə qolu 49-cu dəqiqədə Pol Poqba vurub.
Turnirin 1/4 final mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Final Polşanın Qdansk şəhərində 26 mayda baş tutacaq. Avropa Liqasının hazırkı qalibi İspaniyanın “Sevilya” klubudur.
Avropa Liqası 1/4 finalın bütün komandaları müəyyənləşib: “Arsenal” (İngiltərə), “Qranada” (İspaniya), “Roma” (İtaliya), “Dinamo” (Xorvatiya), “Vilyarreal” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Ayaks” (Niderland) və “Slaviya” (Çexiya).