UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
AzerTimes xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mərasimdə bu raundun cütlükləri bəlli olub.
Bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-birilə qarşılaşa biləcəklər.
UEFA Avropa Liqası
1/4 final mərhələsi
“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)
“Bayer” (Almaniya) – “Union” (Belçika)
“Feyenoord” (Niderland) – “Roma” (İtaliya)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.