Avropa kursundan imtina etməyəcəyik – Kobaxidze

Avropa kursundan imtina etməyəcəyik – Kobaxidze

Gürcüstan hakimiyyəti və xalqı ölkənin Avropaya inteqrasiyasını dəstəkləyir.

AzerTimes xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, heç kim bu prosesdən imtina etmək niyyətində deyil:

“Avropa kursu konstitusiyada yazılıb. Təbii ki, bu kurs heç bir baxışa açıq deyil”, – Kobaxidze bildirib.

Kobazidze qeyd edib ki, Tiflis artıq Avropa Komissiyasının ölkəyə AB-yə namizəd statusunun verilməsilə bağlı tövsiyələrini yerinə yetirmək üçün çox işlər görüb.

Teqlər: