Azərbaycanın qadın cüdoçusu Aytac Qardaşxanlı Bosniya və Herseqovinanın Banya Luka şəhərində gənclər arasında keçirilən Avropa kubokunda bürünc medal qazanıb.
AzerTimes xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada fransalı Yuliye Falqonla qarşılaşıb.
Rəqibinə qalib gələn Qardaşxanlı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.