Avropa Komissiyasının rəhbəri Kiyevə gəldi

Avropa Komissiyasının rəhbəri Kiyevə gəldi

Bu gün Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə işgüzar səfərə gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Rusiya müharibəsi başlayandan bəri üçüncü dəfədir ki, Kiyevdəyəm. Çox şey dəyişib. Ukrayna indi AB-yə namizəddir”, – Leyen bildirib.

Leyen səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşəcək.

Teqlər: