Xəbər - Ləman Zeynalova – Trend:
Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün 16,503 milyon məbləğində ikinci ödənişi təsdiq edib.
Bu barədə Trend-ə ICGB AD layihə şirkətindən bildiriblər.
Qeyd olunur ki, həmin vəsait artıq əldə olunub: “Daha bir detallı audit başa çatdıqdan sonra IGB Avropa Enerji Bərpa Proqramı çərçivəsində ikinci ödənişin əldə olunması üçün razılıq əldə edib”.
Eyni zamanda, şirkətdən bildiriblər ki, ICGB-nin tikintisi çərivəsində qaynaq işləri 96 faiz başa çatıb. Bu günədək 182 kilometrlik marşrutun 140 kilometrində boru qaynaq edilib.
Qeyd edək ki, IGB layihəsi “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)