Avropa Komissiyası Ukraynaya 300 milyon avro yardım təqdim edib

Avropa Komissiyası Ukraynaya “makromaliyyə sabitliyinin
dəstəklənməsi” üçün ayrılan 1,2 milyard avro vəsaitin 300 milyon
avrosunu köçürüb.

Trend-in
məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında
deyilir.

Qeyd olunur ki, bu vəsait 600 milyon avroluq yardım paketinin
birinci tranşıdır. İkinci tranşın da yaxın zamanlarda köçürülməsi
gözlənilir.

Ümumilikdə, Avropa Komissiyası 2022-ci il ərzində Ukraynan 1,2
milyard avro yardımın ayrılması barədə qərar verib.