Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa Komissiyası meşələrin mühafizəsi üzrə qlobal təşəbbüsə 1 milyard avro vəsait ayıracaq.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən İqlim dəyişikliyi ilə bağlı BMT-nin Çərçivə Konvensiyasının 26-cı konfransı (COP26) zamanı deyib.
O bildirib ki, Avropa Komissiyası tezliklə Avropa İttifaqının meşələrin məhvinə təsirini məhdudlaşdıracaq tapşırıqları təqdim edəcək: “Aİ bazarlarına daxil olan məhsullar meşələrin məhv olmasına aparmamalıdır”.