Avropa Komissiyası əlavə 300 milyon vaksin əldə edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa Komissiyası ABŞ-ın “Moderna” şirkəti ilə əlavə 300 milyon doza koronavirus vaksininin tədarükü ilə bağlı ikinci müqaviləni təsdiq edib.

AzerTimes-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O əlavə edib ki, Avropa İttifaqında 22 milyon nəfər vaksinin birinci dozasını, 7 milyon nəfər hər iki dozasını qəbul edib.

U.Lyayen əlavə edib ki, koronavirusun yeni variantlarının yayılmasının qarşısının alınması üçün yeni fəaliyyət planı qəbul olunub.