Avropa Komissiyası Belarusa 25 milyon ayırdı

Avropa Komissiyası Belarusa 25 milyon ayırdı

Avropa Komissiyası Belarusda vətəndaş cəmiyyətinin inkişafı və onun demokratik istəklərini dəstəkləmək üçün 25 milyon avro ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasından məlumat verilib.

“Avropa Komissiyası “EU4Belarus” proqramına 25 milyon avro maliyyə ayrılmasını təsdiqləyib. Proqram vətəndaş cəmiyyətinə, gənclərə, tələbələrə, universitet müəllimlərinə dəstək məqsədi daşıyır”, – məlumatda qeyd olunub.

Teqlər: