Avropa Komissiyası Aİ ölkələrini Rusiyanın neft embarqosunu təxirə salmağa təklif edib

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv ölkələrin
hökumətlərini Rusiyadan “Drujba” kəməri ilə neft tədarükünə qoyulan
qadağanı təxirə salmağı nəzərdən keçirməyə çağırıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi sənaye
nümayəndələrinə istinadən bildirib.

“Aİ Macarıstanın etirazlarını qarşılamaq və dayandırılmış
sanksiyalar paketini müzakirə etmək üçün Rusiyadan dəniz neftinin
daşınmasını qadağan etməyi və əsas boru kəmərinə idxal
məhdudiyyətlərini təxirə salmağı təklif edir”, deyə qeyd
olunub.

Məlumata əsasən, mayın 28-də Avropa Komissiyası dövlətlərə neft
embarqosunu təxirə salmağa imkan verən “yenidən baxılan təklif”i
göndərdi.