Avropa İttifaqının energetika nazirləri enerji daşıyıcılarının qiymət artımını müzakirə ediblər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri enerji daşıyıcılarının qiymətlərinin artması ilə bağlı fikir mübadiləsi aparmaq, həmçinin milli və Aİ səviyyəsində mümkün yumşaldıcı tədbirləri müzakirə etmək üçün Lüksemburqda bir araya gəliblər.

AzerTimes-ın məlumatına görə, duna səbəb 2019-cu ilin sonu və 2020-ci ildə qlobal və Aİ enerji qiymətlərindəki enişdən sonra son aylarda kəskin yüksəliş müşahidə olunmasıdı.

Görüş zamanı bildirilib ki, iqlim siyasəti və təmiz enerjiyə keçidi enerji daşəyəcəlarının qiymətlərindəki artımın səbəbi deyil, əksinə bu problemin həllin bir hissəsidir.

Toplantıda həmçinin bərpa olunan enerjiyə investisiyaların, enerji səmərəliliyi və enerji sistemlərinin inteqrasiyasının Aİ-nin energetika sisteminin dayanıqlığının artırılmasında əsas rol oynadığı vurğulanıb.

Teqlər: