Xəbər - Humay Ağacanova – Trend:
Qərbi Balkanlar ərafında bir sıra illuziyalar mövcuddur. Düşünülür ki, kənardan kimsə gəlib problemləri həll edəcək. Düzdür, qonşu dövlətlər müəyyən köməkliklər edə bilər, lakin əsasən daxildən olan idarəetmə ilə bu problemlər həll yolunu tapa bilər.
AzerTimes-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “Qərbi Balkanların qiymətləndirilməsi: İrəli yol” mövzusunda paneldə çıxış edən Xorvatiyanın keçmiş prezidenti İvo Cosipoviç deyib.
O bildirib ki, həmçinin, Qərbi Balkan ölkələrində Avropa İttifaqına daxil olmadan parlaq gələcək görülə bilməz: “Bu ittifaqa daxil olmaq bütün problemlərə son qoyacaq, ölkələrin stabilliyini bərqərar edəcək”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.